Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo “Real”la müqavilədən imtina edib. “Sportbox”a istinadən xəbərə görə, futbol ulduzu 2015-ci ildə bitən müqaviləni yalnız məvacibinin artırılması şərti ilə yeniləyəcəyini bildirib.
Yeni müqavilənin bağlanması “Real” klubunun prezidenti Florentino Peresin seçkiqabağı vədlərindən biri olduğu bildirilir. Klub prezidenti çıxışında Ronaldonun dünyanın ən yaxşı futbolçusu olduğunu qeyd edərək onu ən bahalı futbolçu edəcəklərini vurğulayıb. Lakin portuqaliyalı futbolçu bunu klub prezidentinin seçkiqabağı kampaniyası ilə əlaqələndirib.
Ronaldo ilə müqavilənin 2018-ci ilədək uzadılması ilə bağlı danışıqların dayandırılması futbolçunun maliyyə tələbi ilə əlaqələndirilir. Mətbuatın yazdığına görə, forvard ilə 20 milyon avro tələb edir ki, bu da klubun ona təqdim etdiyi məbləğdən 5 milyon çoxdur.
Hazırki müqaviləyə görə, portuqaliyalı futbol ulduzu ilə təxminən 12 milyon avro alır. Xatırladaq ki, ötən mövsüm forvard “Real”ın heyətində 55 oyun keçirib və 55 qol vurub.
Sorğu
Yeni dizaynımız necədir?