GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » ​“Çelsi” – “Qarabağ” oyununa ən ucuz bilet 180 manatdır

​“Çelsi” – “Qarabağ” oyununa ən ucuz bilet 180 manatdır

Tarix: 27-08-2017, 17:47 Bölmə :İdman Baxış: 439
​“Çelsi” – “Qarabağ” oyununa ən ucuz bilet 180 manatdır


Toğrul Bağırov uzun illərdi Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan "Offcide +” adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.

İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla "Çelsi” barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi "Atletiko” və "Roma” ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq "Qarabağ”a rəqib olub...
- Gəlin əvvəlcə ondan başlayaq ki, CL-in qrupunda oynamaq Azərbaycan futboluna nə verəcək?
- Çempionlar Liqasında oynamaq Azərbaycan futbolu üçün öz-özlüyündə böyük bir nailiyyətdir. Artıq bütün dünya bilir ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli bir klub var. Artıq bütün dünya azarkeşləri Azərbaycanı tanıyır. Elə sadəcə bizi sevməyənlərin buna reaksiyasına fikir versəniz, görəcəksiniz ki, bu, doğrudan da böyük bir uğurdur. Misal üçün Rusiya mətbuatı yekdilliklə öz tamaşaçıları ilə oxucularına aşılamağa çalışır ki, "Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağı bir təsadüfdür. Səni sevməyən qızıcıqlanırsa, deməli, sən doğrudan da düz yoldasan.
Azərbaycan futbolunun özü üçünsə bu, bir təkan ola bilər. "Qarabağ” bu oyunlarda təcrübə toplayacaq və həmin təcrübəni ölkə çempionatında istifadə edəcək. Müvafiq olaraq, çempionatda ona qarşı oynayan komandalar da həmin təcrübəyə yiyələnməyə şans əldə edəcəklər ki, bu da Azərbaycan futbolunun ümumi səviyyəsinin artmasına gətirə bilər. Bundan əlavə, Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı Azərbaycanda futbola ümumi marağı xeyli artırdı və bu, futbol məktəblərinə uşaqların axınını xeyli artıra bilər. Bu isə milli futbol üçün çox xeyirlidir. Və həmçinin bu, sadə azərbaycanlılarda qələbə ruhu verdi, bu millətin beynəlxalq miqyasda uğurlar əldə edə biləcəyinə, yəni özlərinə inam yaratdı ki, bu da müharibə şəraitində olan bir ölkənin xalqı üçün çox vacib bir hisdir.
- Bəs, bir jurnalist kimi "Qarabağ”ın uzun illər yaşadığınız Londonun "Çelsi" klubu ilə rəqib olmasını necə qarşıladız?
- Bu xəbəri birmənalı qarşılamadım. Sözün düzü, istərdim ki, birinci səbətdən "Qarabağ”a daha asan rəqib düşsün. Digər tərəfdən isə Ağdam klubunu canlı izləyib, dəstəkləməyə imkan yarandı ki, bu da müsbət bir xəbərdir. İki il bundan əvvəl "Qarabağ”ı burada "Tottenhem”lə görüşdə dəstəkləyirdik. Ümid edirəm ki, bu dəfə ağdamlılar həmin qarşılaşmadakından daha inamla oynayacaqlar.
- İngilis mediasının "Qarabağ”a münasibəti necə oldu?
- İngilis mətbuatı yalnız qısa məlumatla kifayətlənib. Vurğuladıqları yeganə amil odur ki, Bakıya uçmaq az qala beş min kilometrdir. Belə bir uzun uçuşun "Çelsi” futbolçularını yoracağına, həmin səfərin onlara sonrakı Premyer Liqanın turunda çətinlik yaradacağına eyham edirlər.
- Bəs, yazılarda Qarabağın Azərbaycana məxsus ilə nəsə olmur?
- O qədər də yox. Sadəcə olaraq yazırlar ki, Azərbaycan çempionudur və oyunlarını Bakıda keçirir
- İngiltərədə yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədədir?
- Maraq çox böyükdür. Artıq bir neçə nəfər mənimlə bu barədə əlaqə saxlayıb. Amma biletlər də bahadır. Manata çevirsək, ən ucuz bilet təxminən 180 manatdır. Bilmək olmaz nə qədər adam belə pulu ödəməyə hazır olacaq...
- "Stemford Bridj”dəki ab-havanı necə təsvir edərsiniz?
- "Çelsi” Londonun ən zəngin məhəlləsinin komandasıdır və onun azarkeşləri digər klublardakı həmkarlarından bir qədər fərqlənirlər. Lakin hər bir ingilis azarkeşi kimi, onlar da futbolu sevir, çox gözəl başa düşürlər və meydanda əsl idman əhval-ruhiyyəsinin olduğunu dəstəkləyirlər. Burada azarkeşlər rəqibə qarşı heç bir nalayiq hərəkət etməzlər. Elə onu demək kifayətdir ki, özünün meydandakı yumşaq desək, dürüstsüzlüyü ilə tanınan "Çelsi” hücumçusu Dieqo Kosta əla bombardirlik qabiliyyətlərilə komandaya çoxlu xal qazandırsa da, "Çelsi” azarkeşləri arasında heç də sevilən deyil. Bir sözlə, "Semfrd Bridc”dəki atmosfer hər bir İngiltərə stadionunda olduğu kimi, mötəbər və möhtəşəmdir./Qol.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çempionlar Liqasının püşkü atıldı

    Çempionlar Liqasının püşkü atıldı ...

    27-08-2015, 23:18

  • 
  • Çempionlar Liqası:“Qarabağ” tarixi oyununa çıxır

    Çempionlar Liqası:“Qarabağ” tarixi oyununa çıxır ...

    15-08-2017, 11:00

  • 
  • Çempionlar Liqası: "Qarabağ" növbəti oyununa çıxır

    Çempionlar Liqası: "Qarabağ" növbəti ...

    25-07-2017, 12:35

  • 
  • Çempionlar Liqası: arzuolunmaz qonaqlar

    Çempionlar Liqası: arzuolunmaz qonaqlar ...

    23-10-2013, 11:27

  • 
  • Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır

    Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır ...

    11-07-2017, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu