GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » "News Blaze": "Qarabağ" futbol komandası tarix yazır - FOTO

"News Blaze": "Qarabağ" futbol komandası tarix yazır - FOTO

Tarix: 29-08-2017, 15:20 Bölmə :İdman Baxış: 542
"News Blaze": "Qarabağ" futbol komandası tarix yazır - FOTO


ABŞ-da çıxan "News Blaze" nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin "Azərbaycanın "Qarabağ" futbol komandası tarix yazır" sərlövhəli məqaləsi dərc edilib.

gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın "Qarabağ" futbol klubunun tarixi və qazandığı uğurlar, Ermənistan-Azərbaycan münaqişəsi və 1990-cı illərin əvvəlində Azərbaycanın Qarabağ regionunun xeyli hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması məsələlərindən bəhs edilir. Müəllif yazır ki, "Qarabağ" futbol klubu avqustun 23-də danimarkalı rəqibi "Kopenhagen" komandası üzərində qələbədən sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb. Beləliklə, "Qarabağ" Azərbaycanın bu cür yüksək nəticəyə nail olmuş ilk futbol klubudur.

Bu klub 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam şəhərini təmsil edir. N.Qringer vurğulayır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğalın gedişində tamamilə məhv edilmiş və etnik təmizləməyə məruz qalmış Ağdam şəhərini "kabus-şəhər" və "Qafqazın Xirosiması" adlandırırlar. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanmış 32 futbol komandası arasında "Qarabağ" ev matçlarını öz stadionunda oynaya bilməyən yeganə klubdur.

Azərbaycanın Dağlıq Qarabağ regionunda hələ də davam edən münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən on minlərlə Ağdam sakini məcburi köçkün vəziyyətinə düşüb. Bu münaqişə üzündən, Ağdam bütün dünyada ən məşhur "kabus-şəhər"ə çevrilib. Ağdamda 40.000 sakin yaşayırdı. Ağdam rayonunun işğalı nəticəsində təxminən 6.000 insan həlak olub. Müəllif yazır ki, Ağdamın işğalı nəticəsində "Qarabağ" klubunun "İmarət" stadionu da zərər çəkib, orada oyunlar keçirilməsi üçün yararsız vəziyyətə düşüb. Məlum olduğu kimi 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun ərazisinin çox hissəsini, o cümlədən rayon mərkəzini və 80 kəndi işğal edib, nəticədə rayonun təxminən 128.000 sakini məcburi köçkün vəziyyətinə düşüb və Azərbaycanın bütün bölgələrində 875 yaşayış məntəqəsində yerləşdirilib.

Qarabağ regionundakı digər rayonların itirilməsi kimi, Ağdamın işğalı da Azərbaycanda böyük itki hesab edilir. Erməni təcavüzü nəticəsində bu rayondakı tarixi abidələr, məzarlıqlar, xəstəxanalar, kitabxanalar, məktəblər, ofislər və obyektlər, yaşayış binaları, sənaye və tikinti müəssisələri, mədəniyyət mərkəzləri, teatr, üç məscid və iki muzey viran edilib. Qringer yazır ki, hazırda Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası Ermənistanın bütün qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

Jurnalist xanım qeyd edir ki, Sarayevo, Tuzla və Srebrenitsa hadisələri, Bosniyanın silahlı mühasirəyə alınması hamıya məlumdur. Bəs Azərbaycandakı Xocalı, Kəlbəcər və Ağdam barədə nə məlumdur? Bəs Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkün barədə nə məlumdur? İsrailin "Makkabi" (Hayfa) klubu 1999-cu ildə Qarabağ ayqırları ( "Qarabağ" komandasının oyunçularını əfsanəvi Qarabağ atlarının rəmzi kimi belə xalq arasında adlandırırlar), İsrailin "Makkabi" (Hayfa) komandasını 2:1 hesabı ilə məğlub edərək Avropa turnirində qalib gəlib. Artıq iyirmi ildən çoxdur ki, Qarabağ ayqırlarının öz futbol meydanı yoxdur. Buna görə komanda başqa stadionlar arasında dolaşmağa məcburdur. Kənd təsərrüfatı üzrə ixtisaslaşan yerli "Azərsun" şirkəti 2002-ci ildə bu yığma futbol komandasını öz himayəsinə götürüb klub üçün sərmayə qoymağa başlayıb.

Beynəlxalq futbol klubu kimi qeydiyyata alınmış digər komandalardan fərqli olaraq "Qarabağ-Ağdam" yeganə klubdur ki,.24 ildən artıq müddətdə öz meydanında oynaya bilmir. Bunun nə demək olduğunu anlamaq üçün təsəvvür edin ki, "Nyu-York Yankiz" beysbol klubu və "Nyu-York Siti" futbol klubu özlərinin Nyu-Yorkdakı "Yanki" stadionunda oynaya bilmir.

N.Qringer yazır ki, "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən komandanın bu tarixi qələbəsini şərh etməsini xahiş edib. Diplomat belə cavab verib: "Qarabağ" sadəcə futbol klubu deyil, onun daha böyük rəmzi mənası var. O, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzidir. O həm də mənim millətimin qürurunun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. Əminəm ki, tezliklə "Qarabağ" yenidən öz ev matçlarını Azərbaycanın tarixi Qarabağ regionunda keçirəcək".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi

    “Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi ...

    12-07-2017, 11:33

  • 
  • İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırıb

    İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon ...

    24-08-2017, 18:02

  • 
  • “Qarabağ”ın rəqibi məlumdur

    “Qarabağ”ın rəqibi məlumdur ...

    20-07-2017, 10:37

  • 
  • Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır

    Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır ...

    11-07-2017, 12:48

  • 
  • Çempionlar Liqası: "Qarabağ" növbəti oyununa çıxır

    Çempionlar Liqası: "Qarabağ" növbəti ...

    25-07-2017, 12:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu