Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilir. F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıbö
Berti Foqtsun komandası doğma meydanda Lüksemburq yığmasını qəbul edib. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunurdu. Lakin futbolçularımız bütün üstünlüklərinə rəğmən, Lüsemburq yığmasına qalib gələ bilmədilər. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitdi.
Hesabı qarşılaşmanın 71-ci dəqiqəsində Azərbaycan millisi Ruslan Abışovun qolu ilə açdı. Lakin cəmi 9 dəqiqə sonra Stefan Bensi qonaqların cavab qolunu vurdu.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?