İngiltərə paytaxtında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş yoldaşlıq oyunu keçirilib
Londonun “Barnet” stadionunda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. "Apasport.az" saytının məlumatına görə, qarşılaşma dünyanın müxtəlif ölkələrindən olan qaçqın və məcburi köçkün gənc futboçularla İngiltərənin "Arsenal" klubunun veteran futbolçuları arasında təşkil olunub.
6 min nəfərdən artıq azarkeşin izlədiyi oyun 1:1 hesabı ilə başa çatıb. “Arsenal”ın heyətində Anri Klark, dünya yığmasında isə Vurğun Həsənzadə fərqlənib. Ümumilikdə, dünya yığmasının heyətində Azərbaycanın işğal olunmuş bölgələrini təmsil edən 7 gənc və yeniyetmə futbolçu çıxış edib.
Qeyd edək ki, bu oyun dünyanın tanınmış KİV-lərinin diqqət mərkəzində olub. BBC və Sky Sport televiziya kanalları bu qarşılaşma ilə bağlı canlı reportajlar yayımlayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?