Rusiyalı idmançı Pxençxan Qış Olimpiya Oyunlarında dopinq qaydalarını pozmaqda şübhəli bilinir.
Rusiyanın körlinq idman növü üzrə idmançıları bazar günü komanda məşqçilərinin Aleksandr Kruşelnitskinin qanında 2016-cı ildə qadağan olunan meldoniumun aşkar edildiyini bildirdiyini deyib.
Beynəlxalq Olimpiya Komitəsi bazar ertəsi idmançının qanından ikinci nümünənin alındığını və nəticələrin 24 saat ərzində açıqlanacağını bildirib.
Əgər ikinci testdə qanda meldoniumun olduğu təsdiq olunsa, Rusiya komandası oyunlardan kənarlaşdırıla və bağlanış mərasimi zamanı dövlət bayrağı altında yürümələrinin qarşısı alına bilər.
Rusiya Körlinq Federasiyasının prezident Dmitri Svişöv idmançının yemək və ya içkisinə nəyin isə qatıldığının mümkün olduğunu deyərək, buna görə rəqib rusiyalı idmançıların və ya Rusiyanın siyasi düşmənlərinin məsuliyyət daşıdığına işarə edib.
Rusiyalı tennis ulduzu Mariya Şarapova 2016-cı ildə Avstraliya Açıq Turniri zamanı qanında meldonium tapıldığı üçün 15 ay müddətinə uzaqlaşdırılmışdı. O, 10 il boyunca ürək problemləri olan xəstələr üçün nəzərdə tutulan meldoniumdan istifadə edib.
Körlerin dopinqdən istifadəsi qəribə səslənsə də, Olimpiya səviyyəsində bu idman növü yüksək fiziki sağlamlıq tələb edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?