Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçirilib.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri turniri 2 qızıl və 2 bürünc medalla başa vurub.
İlk yarış günündə yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl, yunan-Roma güləşçisi Elman Muxtarov (67 kq) bürünc medala sahib olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?