“Qarabağ”ın qapıçısı Hannes Halldorsson UEFA Millətlər Liqasının oyunları üçün İslandiya millisinə çağrılıb.
34 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Erik Hamrenin dəvət göndərdiyi 23 oyunçu sırasında yer alıb.
Qeyd edək ki, Halldorsson 2018-ci il dünya çempionatından sonra Danimarkanın “Rannes” klubundan “Qarabağ”a transfer olunub. İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?