Bu həftə futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
İngiltərənin Mançester şəhərinin eyni adlı təmsilçisi "Mançester Siti" komandası da bu gün Almaniyada meydana çıxır. Rəqib isə Almaniyanın "Şalke" komandasıdır. Qarşılaşma Bakı vaxtilə 00:00-da keçiriləcək. Matçı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Del Kerro sözügedən qarşılaşmanın idarəçisi olacaq. Futbol üzrə ekspertlər yalnız bu görüşün yox, cütün aşkar favoritinin Mançester təmsilçisi olduğunu, eyni zamanda "Mançester Siti"nin cütün taleyini ilk görüşdəcə həll edə biləcəyini vurğulayırlar. 5 dəfə İngiltərə Premyer Liqasının qalibi, eyni sayda FA Kap turnirinin çempionu, 1 dəfə isə vaxtilə UEFA Kuboklar Kuboku adlanan turnirin qalibi "Mançester Siti" 2011-2012-ci il mövsümündən ardıcıl olaraq Çempionlar Liqasında iştirak edir. Hələlik sözügedən turnirin qalibi olmayan Mançester təmsilçisi bu il turnirin favoritlərindən biri hesab edilir. "Etihad", "Nike, "Nissan", "E Games", QNET kimi dünyaca məşhur şirkətlərin sponsorluq etdiyi "Mançester Siti" dünyada milyonlarla fanatın azarkeşliyi altında turnirin qalibi olmağa əsas namizədlərdən biridir. Fanatlar Pep Qvardiolanın baş məşqçiliyi altında "Mançester Siti"nin bu sezon ən azından turnirin finalına qədər yüksələcəyinə inanırlar.
Sorğu
Yeni dizaynımız necədir?