"Minsk 2019" II Avropa Oyunları ərəfəsində Belarus paytaxtında Azərbaycan günü təşkil olunacaq.
Oyunların Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, təntənəli mərasim iyunun 20-də fan-zonalardan birində keçiriləcək. Tədbirə Azərbaycanın bir çox rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Avropa Olimpiya Komitələrinin və beynəlxalq federasiyaların rəhbər şəxsləri qatılacaq. Qeyd edək ki, II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də keçiriləcək. Oyunlar iyunun 30-dək davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?