“Bu qələbə bizim üçün böyük əhəmiyyətə malikdir. Biz bu il mükafat qazanmaq istəyirdik”.
GundemXeber.az-ın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru deyib.
11 qolla Avropa Liqasının 2018/19 mövsümünün bombardiri olan fransalı hücumçu “Arsenal”la Bakıda keçirilən final matçından sonra fikirlərini açıqlayıb: “Mövsümün sonunda iki hədəfimiz var idi. İngiltərə Premyer Liqasını ilk “dördlük”də başa vurmaqla Çempionlar Liqasına birbaşa vəsiqə qazanmaq, həmçinin Avropa Liqasının qalibi olmaq. Bunun öhdəsindən gəldik. Çox sevinirik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?