UEFA 2018/19-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.
Reytinq komandaların son 5 mövsümdə Avropa kuboklarında iştirakı əsasında hesablanıb.
Reytinqə yenidən Madridin "Real" klubu başçılıq edir. "Kral klubu" 146 min xal toplayıb. Azərbaycan klublarından siyahının ən yüksək pilləsində "Qarabağ" qərarlaşıb. Ağdam klubu 22 min xal ilə 70-ci pilləni tutub və "Milan", "Feyenord", "Lester Siti", "Real Sosyedad" və "Trabzonspor" kimi komandaları geridə qoyub.
Eyni zamanda Azərbaycan klublarından "Qəbələ" 173 (6,250 xal), "Keşlə" 273 (3000), "Neftçi" 274 (3,250), "Zirə" 275 (0,500) və "Kəpəz" 276-cı (0,500) mövqedə qərarlaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?