Türkiyənin “Qalatasaray” klubu İspaniya “Selta”sının futbolçusu Emre Moru icarəyə götürür.
Artıq tərəflər arasında razılıq əldə olunub. 20 yaşlı cinah yarımmüdafiəçisinin keçidinin yaxın günlərdə elan olunacağı bildirilir.
Qeyd edək ki, Emre Mor 2017-ci ilin yayında 13,5 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Selta”ya keçib. O, böyük potensiala malik olsa da, psixoloji problemlərinə və intizamsız davranışlarına görə əsas heyət üzvünə çevrilə bilməyib. Gənc futbolçu ötən mövsüm La Liqada 10 matçda meydana çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?