Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçev Ağdam klubundan ayrılır.
Bolqarıstanlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirməyə yaxındır.
Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son oyununda iştirak üçün yığmanın düşərgəsinə yollanan S.Slavçev “Levski” klubu ilə anlaşıb. Onun artıq bu qış Sofiya təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, S.Slavçev ilyarımdır heyətində olduğu “Qarabağ”da 39 oyun keçirib, 2 qol vurub.
Sorğu
Yeni dizaynımız necədir?