“Keşlə” Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.
“Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq:
"Aparılan araşdırmaların “Keşlə” Futbol Klubuna heç bir aidiyyəti yoxdur. Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".
Bəzi saytlar Mehman Babyevin həbs olunduğu xəbərini yayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?