Braziliyanın "Sesi Bauru" klubunda çıxış edən Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub.
Bu barədə 29 yaşlı oyunçunun özü Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında bildirib.
"Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq", - o vurğulayıb.
Azərbaycan millisi hazırda Hollandiyanın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komanda Hollandiyaya 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Bununla da Vasif Talıbovun baş məşqçi olduğu kollektivin qrup sonuncusu olacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya qazana bilməyib.
Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisinə 2007-ci ildən çağırılmağa başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?