Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla döyüşə hazırlaşmaq üçün spirtli içkilərdən istifadə edib.
İrlandiyalı döyüşçü qarşılaşmadan əvvəl bir həftə ərzində içdiyini söyləyib: "Səhv etdim. Amma bunu etiraf edəcək və səhvimi düzəldəcək qədər cəsuram".
Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, 2018-ci ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub. Makqreqor növbəti döyüşünü yanvarın 19-da ABŞ təmsilçisi Donald Serrona qarşı keçirəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?