Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif çəki dərəcələri üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb. Maraqla izlənilən bu yarışda DİN İdman Cəmiyyətinin inspektoru, polis kapitanı Elşən İbişov (90 kiloqramadək) və Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis baş serjantı Azər Fətullayev (81 kiloqram) qarşılaşdıqları bütün görüşlərdə rəqiblərini məğlub edərək çempion adını qazanıblar. Baş mükafata sahib olan hər iki idmançımız cüdo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıb. Bu yarışda ƏÇPA-nın daha bir əməkdaşı, polis serjantı Yusif Bayramov finaladək irəliləyib və bürünc medala sahib olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?