UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün rəmzi komandası açıqlanıb.
Siyahıda 23 futbolçunun adı yer alıb.
Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu rəmzi komandadan kənarda qalıb.
Qapıçılar: Manuel Noyer ("Bavariya", Almaniya), Yan Oblak ("Atletiko", İspaniya), Antoni Lopeş ("Lion", Fransa)
Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı "Bavariya"), Vircil van Deyk ("Liverpul", İngiltərə), Dayo Yupamekano, Anhelinyo (hər ikisi "Leyptsiq", Almaniya)
Yarımmüdafiəçilər: Tiaqu Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı "Bavariya"), Ussem Aua ("Lion"), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Markinyos (PSJ, Fransa), Marsel Zabitser ("Leyptsiq"), Alexandro Qomes ("Atalanta",İtaliya)
Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi "Bavariya"), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi ("Barselona", İspaniya), Rahim Sterlinq ("Mançester Siti")
Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Bavariya" Çempionlar Liqasının qalibi olub./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?