UEFA Avropa Liqasının II təsnifat mərhələsində Şimali Makedoniyanın "Renova" klubunu 1:0 hesabı ilə məğlub edən Xorvatiya "Hayduk"u növbəti mərhələyə yüksəlib.
GundemXeber.Az-ın məlumatına görə, komanda növbəti raundda "Neftçi" - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
III təsnifat mərhələsi sentyabrın 24-də olacaq. "Hayduk"la yanaşı, Kipr APOEL-i və Norveç "Rusenborq"u da mərhələ adlayıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.
Sorğu
Yeni dizaynımız necədir?