UFC çempionu Həbib Nurmaqomedov "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə söhbətləri haqda danışıb.
Gundemxeber.az xəbər verir ki, dağıstanlı döyüşçü Yutubdakı "Krasava" səhifəsinin canlı yayımında deyib:
"Kriştiano futbolçu oğlunun onu keçməsini istəyir. Amma o, bunun baş verməyəcəyinə görə narahatdır. Oğlunun yaşındaykən Ronaldo arzulayırmış ki, sadəcə, butsları olsun. Onun oğlunun isə hər şeyi var".
Ronaldo ondan narahatdır ki, oğlu qələbəyə ac olmayacaq: "Kriştiano bu misalı çəkəndə həm təəccübləndim, həm də fikri bəyəndim. Bir daha başa düşdüm ki, o, heç vaxt bir, iki, üç titulla kifayətlənməyəcək. Fikrimcə, Ronaldo ən azı iki-üç mövsüm də çoxlu qol vurmağa davam edəcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?