UEFA Avropa Super Liqasının yaradılmasından sonra Çempionlar Liqası və Avropa Liqasında bu gün cari mövsümlə bağlı qərar veriləcək.
Gundemxeber.Az xəbər verir ki, Avropa futbol qurumunun yarışları təxirə salma ehtimalı da var.
Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçılarından İngiltərənin "Çelsi", "Mançester Siti" və İspaniyanın "Real Madrid", Avropa Liqasında isə İngiltərənin "Arsenal" ilə "Mançester Yunayted" klubları Superliqada iştirakını təsdiqləyib.
"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.
Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?