Bu gün futbol üzrə Avropa çempionatına (AVRO-2020) start veriləcək.
Gundemxeber.az xəbər verir ki, turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. İtaliya öz meydanında Azərbaycanda kifayət qədər azarkeş ordusu olan Türkiyə ilə qarşılaşacaq.
Avropa çempionatının favoritlərindən sayılan İtaliya millisində yeganə itki “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrininin əzələ zədəsi üzündən oynaya bilməməsidir. Türkiyə millisində isə hər hansı itki yoxdur.
AVRO-2020-nin final mərhələsi
I tur
A qrupu
23:00 Türkiyə – İtaliya
Baş hakim: Dani Makeli (Niderland)
Roma. Olimpiya stadionu
Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.
***
Futbol üzrə Avropa çempionatı - AVRO-2020-nin açılış matçında İtaliya millisi doğma meydanda Türkiyə ilə qarşılaşır. Romada keçirilən oyunda start fiti səslənib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?