Slovakiya millisi AVRO-2020-nin E qrupunda qonşusu Polşaya 2:1 qalib gəlib. Bununla da Slovakiya E qrupundan çıxmaq üçün yaxşı imkan əldə edib.
21:27
Slovakiya millisi azlıqda qalmış rəqibinə qol vurdu. “İnter”in müdafiəçisi Milan Şkrinyar 69-cu dəqiqədə fərqləndi. Slovakiya Polşaya 2:1 qalib gəlir.
21:24
Polşa millisi 62-ci dəqiqədə qırmızı vərəqə alıb. Rusiyada keçirilən görüşdə Moskva “Lokomotiv”in yarımmüdafiəçisi Qjeqoj Krıxovyak ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu, AVRO-2020-nin ilk qırmızı vərəqəsidir.
21:05
Polşa fasilədən sonra ikinci hissəyə qolla başladı. 46-cı dəqiqədə “Torino”nun yarımmüdafiəçisi Karol Linettı hesabı 1:1 etdi.
20:48
Komandalar fasiləyə yollandı. Slovakiya 1:0 qalib gəlir.
20:21
Slovakiya millisi 18-ci dəqiqədə hesabı açdı. “Mançester Siti”nin sabiq hücumçusu Robert Makın zərbəsindən sonra top Voislav Şçesnının başına dəyərək avtoqol olub. Bu, AVRO-2020-də Merih Demiraldan sonra ikinci avtoqoldur. Maraqlıdır ki, hər iki avtoqol sahibləri İtaliyanın “Yuventus” klubunun futbolçularıdır.
20:01
AVRO-2020-nin E qrupunda Polşa ilə Slovakiya arasında oyunu başladı.
Gundemxeber.az xəbər verir ki, hazırda görüşdə hesab açılmayıb.
Sankt-Peterburqun “Krestovski” stadionuna komandalar bu start heyətləri ilə çıxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?