Rusiyanın "Ximki" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
Premyer Liqa təmsilçisi son olaraq "Olimp-Dolqoprudni"də çıxış etmiş İlya Sadıqovla anlaşıb. "Ximki" 21 yaşlı vingerlə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Sadıqov yeni klubunda azərbaycanlı hücumçu Kamran Əliyevlə birgə çıxış edəcək.
Qeyd edək ki, İlya Sadıqov "Olimp-Dolqoprudnıy"ın kapitanı olub. O, başa çatan mövsümdə 25 matçda 4 qol vurub. "Olimp-Dolqoprudni" Peşəkar Futbol Liqasının qalibi olub və 2021/2022 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb. Komandanın heyətində "Neftçi"nin sabiq futbolçsu Samir Məsimov da yer alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?