Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək onlarla idmançı, məşqçi və rəsmi şəxsdə Yaponiyaya səfər öncəsi koronavirus aşkarlanıb.
"Report" "kathimerini.gr" saytına istinadən xəbər verir ki, həmin şəxslərin üçü Yunanıstan yığmasının üzvləridir. Olimpiadada 206 ölkədən nümayəndələrin iştirakı gözlənilir. İddiaya görə, missiya rəhbərlərinin çoxu yarışın Təşkilat Komitəsi ilə əlaqə saxlayaraq, idmançılar, məşqçilər və ya iştirakçılar üçün Olimpiya kəndinə qəbul tarixlərinin dəyişdirilməsini istəyib.
Çünki komandanın hər bir üzvü uçuşdan 94 saat əvvəl ilk analizi verməlidir. Müsbət nəticələrin çoxu məhz bu testlər zamanı üzə çıxır. Afrika ölkələrin nümayəndələrində yoluxma halları daha çoxdur.
Xəstələr arasında olimpiadanın favoriti hesab olunan idmançılar da var. Bu isə onu göstərir ki, yarışı buraxanlar çox olacaq. Digər tərəfdən, test nəticəsi müsbət çıxmış bəzi idmançılar həyatlarını riskə atmamaq üçün Tokioya getməməyə qərar veriblər. Onlardan biri də Belarus tennisçisi Viktoriya Azarenkodur. 32 yaşlı idmançı sosial şəbəkə hesabında hazırkı çətin dönəmdə olimpiadaya yollanmamağı ən doğru qərar hesab etdiyini bildirib. O, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağını vurğulayıb.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?