Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında sonuncu görüşünü keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, komanda qrup mərhələsinin 5-ci turunda Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlib.
Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda yarışlarında gümüş medala layiq görülüb. Qaliblərin mükafatlandırılma mərasimi Bakı vaxtı ilə saat 21:25-də Atletlər kəndində təşkil olunacaq.
Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, komanda qrup mərhələsinin 4-cü turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.
Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan milli Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı təmsil kollektivlə üz-üzə gələcək. Badmintonçular bu görüşdə qalib gələcəyi təqdirdə, komanda yarışında gümüş medallara sahib çıxacaq.
Sabah isə 5 kateqoriya üzrə yarışlar start götürəcək. Şəxsi oğlan və qızlar, qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.
GUNDEMXEBER.AZ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?