Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin 12-ci mikrorayonu ərazisində karantin qaydalarının kobud şəkildə pozulması faktı aşkarlanıb.
Belə ki, yaşayış binalarından birinin zirzəmisində fəaliyyət göstərən idman zalında qanunvericiliyin tələblərinə əməl edilməyib.
Həmin idman zalında Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara zidd olaraq kütləvi idman yarışının keçirildiyi məlum olub.
Boksla məşğul olan 80-ə yaxın idmançının cəlb edildiyi yarış polis əməkdaşlarının müdaxiləsi nəticəsində yarımçıq dayandırılıb. Yarışın təşkilatçıları, 1977-ci il təvəllüdlü, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, Əməkdar məşqçi Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən “Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunub.Sumqayıt Şəhər Polis İdarəsinə gətirilən yarışın hər iki təşkilatçısı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görülüb.Saxlanılan şəxslərlə maarifləndirici söhbətlər aparılıb və onlar karantin qaydalarına zidd olaraq yarış təşkil etdiklərini etiraf ediblər.
Gündəmxəbər.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?