GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Forza Neftçi”dən ona mesaj: “Elə bilirsən, bunlar yadımızdan çıxıb?..”

“Forza Neftçi”dən ona mesaj: “Elə bilirsən, bunlar yadımızdan çıxıb?..”

Tarix: 23-11-2021, 11:02 Bölmə :İdman Baxış: 563


Ölkə çempionatının 11-ci turu çərçivəsində "Sabah”ı qəbul edən "Neftçi” "Bakcell Arena”da məğlub oldu. Təbii ki, bu məğlubiyyət komandanın fanat ordusunu kifayət qədər məyus etdi. Bundan öncəki turlarda "Qarabağ”a (0:4) və "Keşlə”yə (2:3) məğlub olan Samir Abasovun komandasının ardıcıl 3-cü dəfə uduzması azarkeşlərin ciddi etirazlarına səbəb oldu. Bu, oyundan sonra özünü daha aşkar göstərdi. Belə ki, əvvəlcə "Neftçi”nin ən fəal azarkeş qruplarından biri "Forza Neftçi” fanklubunun yerləşdiyi sektordan "istefa” şüarları eşidilməyə başladı. Oyunun sonunda isə elə həmin sektordan azarkeşlərin biri meydançaya daxil olaraq "Neftçi”nin futbolçusu Mirabdulla Abbasova hücum etdi. Gərginlikdən sonra aranı sakitləşdirməyə çalışan ətrafdakılar birtəhər buna nail oldu. Bəs bunlar niyə baş verdi? Səbəb nə idi? Yaşananlarla bağlı "Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə danışdıq.

Gundemxeber.az xəbər verir ki, "Neftçi” fanatı Qaynarinfo-ya açıqlamasında həm bunların səbəbi, həm də komandanın düşdüyü vəziyyətlə bağlı fikirlərini bildirdi:

"Səbəbi yoxdur. Biabırçılıq, fiasko. Əslində komanda derbidə rəqibinə 0:4 hesabı ilə uduzursa, ona cavabdehlik daşıyanlar istefa verib getməlidir. Böyük dəyişikliklər olmalıdır. İndi təzə bəhanə tapıblar, tənqid edəndə deyirlər ki, "kimin günahı varsa, sübut elə”. Bu, xalqın, dövlətin klubudur, dərəbəylik deyil ki, istədiyini edəsən. İnsanları bu kluba gətirirlər ki, vətəninə, futboluna xidmət eləsin. Komanda 0:4 hesabı ilə uduzub, sanki belə olmalıymış kimi davranırlar. Müşahidə şurasından məşqçiyə söz deyirlər, o da çıxır, yerli futbolçunu yerə vurur. Klubda problem var, çıxsın bir nəfər açıqlasın. İdarəetmədə, baş məşqçidə, futbolçularda da problem var. Şəxsi fikrimizdir, klubda media sahəsində olanlardan başqa bütün çalışanların problemi var. İşlər qaydasında deyil”.

Maraqlıdır, "Forza Neftçi” "istefa” şüarlarını kimə ünvanlamışdı: 

"Hər kəsə ünvanlayırdıq. Bu flaqmandır. Üç oyun ardıcıl məğlub olursa, "istefa” sözümüz hər kəsə aiddir. Bəyanat da yaymışıq ki, komandanı düzəltsinlər. "Neftçi” elə bir camiədir ki, bir-iki qələbə ilə baş aldatmaq olmaz. Çempionluq qazanmaq asandır, onu qoruyub saxlamaq çətin. Çempionluq qazanmaq hər şeyin həll olması demək deyil. Biz yay aylarından, hətta Tbilisi "Dinamo”sunu bərbad oyunla keçəndə belə deyirdik ki, çatışmayan cəhətlər var. Samir Abasov çıxıb mətbuat konfransında nağıl danışır. Deyir ki, azarkeşin sözü ilə əvəzləmə etdik. Halbuki azarkeş qrupunun rəhbəri deyir ki, komandaya daha üstün futbolçular gətir, bunu niyə etmirlər? Bura nağıllar aləmi deyil, dədələrimizdən bizə miras qalan, dövlət tərəfindən maliyyələşən peşəkar klubdur. 0:4 hesabı ilə uduzursan, deyirsən ki, rəqib güclüdür. Bundan sonra kim səni qəbul edər? Rəqiblərin hamısı bizim üçün önəmlidir. Həmin sözləri deyən Abasova bizim qədər sahib çıxan, arxasında dayanan olmayıb. Fikirləşirdik ki, hamıdan fərqlidir, komandanı düzəldəcək. Bir çempionluqla heç nə düzəlmir. Pis günlərdə komandanı vəziyyətdən çıxarmaq lazım idi. Yerli oyunçunu aşağılamaq olmaz. Əvvəla, özününkünün qədrini bil ki, legioner baxıb utansın”.

Əliyevin rəhbərlik etdiyi "Forza Neftçi”nin qarşıdakı planlarının necə olacağını, hansı etiraz formaları ilə çıxış edəcəklərini də soruşduq: 

"Rəhbərliyin Mirabdulla Abbasovla bağlı qərarlarını gözləyirik. Əvvəl belə bir hörmətsizliyi Katalin Tira etmişdi. Dərhal komandadan uzaqlaşdırdılar. O gün də Mirabdulla Abbasov eyni hərəkətə yol verdi. Biz elə bir azarkeş qrupuyuq ki, hər şeyi düzgün qiymətləndiririk. Lazım gələndə etirazlarımızı da etmişik. "Neftçi”ni hər oyunda son saniyəyə qədər dəstəkləmişik. Komandanın yanında olmuşuq, əl çəkməmişik. Mübarizə aparmışıq, sonda çempionluq gəlib. Komanda düzəlməlidir. Bu gün "Neftçi” 4-cü yerdə olmağa layiq deyil. Şükür Allaha, büdcə var, futbolçular maaş, pul mükafatı, üstəlik bonus da alırlar. Təhlükəsizlikləri də qorunur. Bu gün nəticə olmayacaqsa, etirazımızı bildirəcəyik, qarşılarında duracağıq”.

Azarkeş qrupunun rəhbəri hansı futbolçuların komandadan getməsini istədiklərini də dedi: 
 
"Bizdən olsa, Mamadu Kane qalmalıdır. Onun getməsini heç istəmərik. O peşəkardır, məğlubiyyətdən sonra azarkeşlərin qarşısında nə etdiyini bütün ölkə gördü. Mamadu Mboc isə "Neftçi”yə layiq futbolçu deyil. Qapıçı mövqeyi gücləndirilməlidir. Gedib Harramiz Soaresi, Hüqo Bastonu, Romen Baskı alıblar. Nəyə lazımdır bunlar? Klubun pulunu niyə çöllə atırlar? 4-5-ci yerlər uğrunda oynayacaqdılarsa, elə akademiyanın uşaqlarını meydana buraxardılar. O pulları da klubun bazasının tikilməsinə xərcləyərdilər. Legionerlərlə yanaşı, bəzi yerlilərdən də narazıyıq. Samir Abasov bunu vaxtında fikirləşməli idi. Ən çox legioner Abasovun əlinin altındadır, sayı-hesabı yoxdur. Bunları biz fikirləşməliyik? Belədirsə, kubu versinlər bizə, idarə edək. Görsünlər idarəçilik necə olur. "Forza Neftçi”nin xırda futzal komandası var, bu gün Birinci Divizionda liderdir. Onların bildiklərini biz də bilirik. Pul çox şey deməkdir, amma hər şey deyil”.

"Sabah”la matçın sonlarına yaxın meydana daxil olub Mirabdulla Abbasovla dava edən azarkeşlə də bağlı Əliyevin fikirlərini öyrəndik. Görəsən bu boyda gərginliyin yaranmasının səbəbi nə idi:

"Bəli, bizim azarkeş qrupunun üzvü idi. Mirabdulla dilinin altında söyüş söymüşdü. Azarkeşimiz də onun üstünə hücum etdi ki, sözünü de. Bizim sizin üstünüzdə haqqımız var. Kim "Neftçi” formasının haqqını verirsə, aldığı məvacib halal olsun. Kim xəyanət edirsə, ona halallıq vermirik. Mirabdullaya görə o vaxt millinin baş məşqçisi olan Qurban Qurbanova təzyiq göstərmişik. Onun milliyə dəvət alması üçün mübarizə aparmışıq. Millidən küssək də, Abdullayevə dəstək göstərmişik. Amma bu gün tənqid olunanda bizim üstümüzə gəlir. Gəlib bizə nə edəcəksən? "Neftçi”yə canın yanırsa, çıx de ki, "klubumda altı ay məvacib almadan oynayacağam”. O zaman azarkeşlər səni çiynində gəzdirər. "Neftçi”ni azarkeşlər qədər sevirsən? Fiziki formanın ən pik nöqtəsində klubu atıb getdin. Elə bilirsən, bunlar yadımızdan çıxıb? Sadəcə, əynində "Neftçi”nin forması, qeyrətimiz, namusumuz, nəfəs aldığımız loqosu olduğu üçün sənə heç nə demirik”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Neftçi"nin futbolçusu Sloveniya klubunda

    "Neftçi"nin futbolçusu Sloveniya ...

    8-02-2016, 22:11

  • 
  • "Neftçi"nin baş məşqçisi dəyişdi

    "Neftçi"nin baş məşqçisi dəyişdi ...

    24-12-2015, 15:25

  • 
  • ​“Neftçi” uduzdu: Növbəti rəqib rus klubudur

    ​“Neftçi” uduzdu: Növbəti rəqib rus klubudur ...

    14-01-2018, 22:49

  • 
  • “Neftçi”-“Qarabağ” azarkeşlərinin davası: Polis maşını aşırıldı

    “Neftçi”-“Qarabağ” azarkeşlərinin davası: Polis ...

    19-02-2015, 22:42

  • 
  • Sadıq Sadıqov "Neftçi"dən imtina etdi

    Sadıq Sadıqov "Neftçi"dən imtina etdi ...

    13-10-2015, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu