Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin İspaniyanın Barselona şəhərinin cənubunda yerləşən oteli sökülə bilər.
Bu barədə “El Confidencial” nəşri məlumat yayıb. Xəbərdə, Messinin 2017-ci ildə 30 milyon avroya satın aldığı 77 otaqlı otelin şəhər standartlarına uyğun olmadığı səbəbindən söküləcəyi bildirilib.İddiaya görə, oteli 4 il əvvəl Messiyə satan şəxs gələcəkdə buranın söküləcəyindən xəbərdar imiş. Lakin o, bu haqda argentinalı hücumçuya məlumat verməyib. Messi hazırda PSJ-də illik 30 milyon avro qazanır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?