Gundemxeber.az » İdman » "Marsel" - "Qarabağ" oyunu məhdud sayda azarkeşlə keçirilə bilər
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu məhdud sayda azarkeş izləyə bilər.
Gundemxeber.az-ın məlumatına göə, bu, Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərlə əlaqədardır.
Qərara əsasən, qapalı məkanlarda 2 000 nəfərdən, açıq havada isə 5 000 nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Velodrom" stadionunda olacaq. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.
Gundemxeber.az
29-05-2019, 11:21
18-09-2020, 13:32
24-05-2019, 15:02
3-12-2019, 10:34
31-08-2020, 15:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?