Bu gün Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq hücumçusu Vadim Vasilyevin 50 illik yubileyidi.
-Vadim bəy, sizi 50-ci yubiley ad gününüz münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirik.
-Çox sağol qardaş. Minnətdaram.
- Futbolçu dostlarınız tərəfindən təbriklər oldumu?
-20-yə yaxın dostlar zəng edib təbriklərini çatdırıblar. Adlarını bir-bir açıqlamaq istəmirəm.
-Bəs çıxış etdiyiniz klublardan kim təbrik edib?
- Yalnız "Neftçi"dən təbrik almışam. O da telefon vasitəsi ilə.
- Futbolçu karyeranızda bir çox klublarda oynamısız. Onlar içərsində hansı daha çox önəm kəsb edir?
- Təbii ki, "Neftçi"
- Bəs Azərbaycan millisində ən yadda qalan oyunlarınız hansı olub?
- Portuqaliya ilə "1-1"lik heç-heçə və Türkuyə ilə qolsuz bərabərlik.
-Yarım əsr yaşamış insansız. Geriyə dönüb baxanda "kaşki futbolçu yox, başqa peşəni seçərdim" demisiz?
- Heç vaxt! Yenə dünyaya gəlsəm futbolçu olmağı seçərdim.
- Veteran kimi Azərbaycan futbol camiyasından gözləntiləriniz nədir?
- Özüm üçün heç bir gözləntim yoxdur (gülür). Amma futbolumuzun inkişahı üçün aidiyyatı qurumlara səslənirəm ki, uşaq futbolumuzu dirçəltsinlər, istedadlı gənclərimizi top liqalara daşısınlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?