GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Go,Go,Go AFFA!”

“Go,Go,Go AFFA!”

Tarix: 17-06-2022, 10:51 Bölmə :İdman Baxış: 1 545

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa Çempionu oldu. Məhz milli komanda, yığma yox. Hamısı azərbaycanlı, Azərbaycanı dəli kimi sevən, dövlət himnini bədahətən oxuyan. Bəziləri bu qələbəni kiçildir, turniri mənasız adlandırır. Bu yalnış mövqedə olanlara xatırlatmalar edim.

Mini-futbol son illərdə kifayət qədər populyarlaşan idman növüdür. Futbolun bu növünü Olimpiya Oyunlarına salmaq istəyirlər. Avropada böyük şirkətlər mini-futbola yatırım edir, böyük futbolda böyük gələcək vəd edən, amma müəyyən səbəblərdən orda oyunları alınmayan futbolçular mini-futbola yönəlirlər. Burda top qovanlar 5-10 min avro maaş alır. Əgər bir nəfər gördüyü işə görə maaş alırsa deməli həvəskar yox, peşəkardır. Bir çox liqalar demək olar ki, peşəkar kimi fəaliyyət göstərir, ildən-ilə auditoriyası artır və bunun əsas səbəbi mini-futbolun küçələrin futbolu olmasıdı. Bu gün Avropa küçələrə axışır, musiqiyə küçələrdə qulaq asır, yeməyi küçələrdə yeyir, teatr səhnəciklərinə küçələrdə baxır. Deməli küçələrin futbolu da get-gedə populyarlaşacaq. Üstəlik hələ pullarla tam çirklənməmiş futbolu axtaranlarda bura yönəlir. Məhz, bu səbəbdən mini-futbol investorlara maraqlıdı. Gələcəkdə bu idman növü daha geniş kütləni ahətə edən də, AÇ qaliblərinin adına baxanda, orda Azərbaycanın adını görəcək. Slovakiyadakı zəfərimizlə çempion adını qazanandan sonra Azərbaycanda bu sahəyə diqqət artacaq, yatırım etmək istəyən şirkətlər, sahibkarlar olacaq, böyük futbolda oyunu alınmayanlar mini-futbola gələcək, zamanla peşəkar liqa yaranacaq, hətta çox güman divizionlarda təşkil olunacaq. Nəticədə Avropa ilə bərabər bizdə də mini-futbol yerində saymayıb inkişaf edəcək, lider mövqelərimizi qoruyub saxlayacağıq. Bütün mini-futbol həvəskarlarının diqqəti çempionatımıza yönələcək, onsuzda bölgələrimizdə mini-futbol oyununa gələn azarkeş sayı, AFFA-nın təşkil etdiyi Premyer Liqanın bəzi oyunlarını izləməyə gələnlərdən daha çoxdu. Mini-futbolda yuxarıda sadaladığım bütün yaxşı işlər mütləq baş tutacaq. Ona görə ki, mini-futbol federasiyasını işini bilən və sevən peşəkarlar idarə edir. 

Slovakiyadakı turnirdə çempionluq Azərbaycan üçün iki qat qələbə idi.  Seymurun qolu tək rumınlara yox, həm də AFFA-ya vurdu. Rumıniya millisinin məğlubiyyətinə, rumınlardan çox üzülənlər var. Belə ki, Slovakiyada tarix yazan futbolçularımız Azərbaycan futbolunu məhv edənlərə hüzn yaşatdı. Elşad Quliyevin yetirmələri tez-tez eşitdiyimiz "azərbaycanlılar futbol oynaya bilmir, qanımızda yoxdur" deyiminin yalnış olduğunu göstərdilər. Bu gün "AzFar Group" işi düzgün görəndə nəticənin də mütləq gələcəyini göstərdi. Cəmi 5 il bundan qabaq yaranmış komanda, Avropadakılar kimi ayına 5-10 min qazanmayan, uzağı 300 manat alan futbolçularla, AFFA-nın büdcəsindən 100 dəfə aşağı büdcə ilə Avropanın ən yaxşısı olmağı bacardı. Bunu hər kəs əyani şəkildə gördü!

Gedin AFFA! İmkan verin sizin əvəzinizə işi bilənlər gəlsin və işləsin. Səhifənizdə təbrik statusuna gələn şərhlər isə kimin kim olduğunu göstərdi. O, şərhlər göstərdi ki, sizin əlinizdən həm futbolumuz, həm futbolsevərlərimiz cana doyub. Hətta sizin təbrik mesajınızı belə hər kəs aqressiya ilə qarşılayır. Hər dəfə uğursuzluq yaşananda sizi müdafiə edən, bu günkü qələbəni kiçiltmək istəyən trollarınıza xərclədiyiniz pulu futbolumuza xərcləsəydiz, indi nə o şərhlər yazılardı, nə də trollara ehtiyac olardı. 14 ildi rəhbərlik etdiyiniz qurum Azətbaycan üçün 1 futbolçu yetişdirə bilməyib. Siz AFFA-ya sahiblənəndə indi 22-23 yaşı olanlar, o zaman 7-8 yaşında uşaqlar idi. Yeni-yeni futbolun sirlərini öyrənirdilər. Hara xərcləmisiz milyardları? Heç bir mənası olmayan “Top festival”lara, ünvanı məlum olmayan Berlin akademiyasına, ya özünüzə süni ot örtüyü, stadionlar üçün oturacaq ticarəti ilə məşqul olan sirkətlər açmağa? Hanı o uşaqlar? Deyim hardadılar? Slovakiyada Azərbaycana Avropa Çempionluğu yaşatdılar. Qabaqlarını min cür yolla kəsdiyiniz, futbol oynamağa imkan vermədiyiniz uşaqlar indi Avropa Çempionudu. Bilirsiz niyə? Ona görə ki, işlərini peşəkar, Azərbaycanı sevən insanların əllərinə düşmüşdülər. Onları məhv edəndə qorxunc yuxularınızda belə, bir gün onların sizləri məhv edəcəyini ağlınıza belə gətirə bilməzdiniz. Bu gün sizin nəzarətinizdə olan yığma komandanın heyətinin 80 faizi milliləşdirilmiş futbolçulardı. Ölkədə Azərbaycan futbolunun yetişdirdiyi cəmi 5-10 futbolçu var. Onları da “Bakı” və “Qəbələ”nin akademiyası yetişdirib. “Bakı” və “Qəbələ”yə bu işdə kömək etməkdənsə, hər fürsətdə badalaq vururdunuz. Ölkənin 1 nömrəli komandasını əcnəbilərlə doldurduğunuz bəs deyil, ürəyiniz soyunmayıb aşağı yaş yığmalarada milliləşdirilmiş futbolçuları səpələyirsiz. Yəni, futbolumuz birdən tam məhv olmaz, qoy kökündən vurum. 

Keçirdiyiniz ölkə çempionatında 8 komanda oynayır. Onlardan 4-nə siz nəzarət edirsiz, yerdə qalanları müstəqildi. Bu ilki mövsümdə ilk "5-lik"dən 4-də yer alanlar nəzarətinizdə olmayan komandalar tutdu. İkinci yeri güc bəla ilə tutan “Neftçi”nin büdcəsi, onunla gümüş uğrunda mübarizə aparan, mövsüm ərzində dəfələrlə hakimlərin əli ilə qarşısını kəsdiyiniz “Zirə”nin büdcəsindən azı 3 dəfə çoxdur, “Sumqayıt”, “Şamax”ın büdcəsi, avrokuboklara vəsiqə qazanan “Qəbələ”dən 2 dəfə çoxdur. O qədər yarıtmaz siyasət yürüdürsüz ki, burda da uğursuzluğa düçar olursunuz. İndi isə camaatın başını guya region futbolunu inkişaf etdirməyə, “Kəpəz” və “Turan-Tovuz”u premyer-liqaya qaldırmaqla, “Keşlə”ni “Şamaxı”ya çevirib bögəyə göndərməklə, “Futbolun İnkişafı Fondu” ilə qatmağa çalışırsız. Amma artıq keçməz.

Əgər Qurban Qurbanova verilən “Şöhrət” ordeni AFFA-nı nokdauna salan xuk idisə, mini-futbol yığmamızın Avropa Çempionluğu onları nokauta salan aperkot olacaq.

Gec-tez nəsibiniz bu olacaq:  "Go,Go,Go AFFA!"


İlkin Abbasov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məkkədə ölənlərin sayı 4 mini ötdü

    Məkkədə ölənlərin sayı 4 mini ötdü ...

    29-09-2015, 17:45

  • 
  • Ermənistanda yoluxma sayı 12 mini keçdi

    Ermənistanda yoluxma sayı 12 mini keçdi ...

    6-06-2020, 12:23

  • 
  • ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçib

    ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ...

    29-05-2020, 11:48

  • 
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 325 mini ötdü

    Gürcüstanda koronavirusa yoluxanların sayı 325 ...

    12-05-2021, 14:02

  • 
  • ARDNŞ avtomatik “mini-zapravka”lar yaradır

    ARDNŞ avtomatik “mini-zapravka”lar yaradır ...

    11-01-2014, 11:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu