GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Qarabağ” – “Şamaxı” matçındakı “jurnalist” harınlığı

“Qarabağ” – “Şamaxı” matçındakı “jurnalist” harınlığı

Tarix: 2-09-2022, 10:30 Bölmə :İdman Baxış: 1 092

Misli premyer-liqasının 4-cü turu çərçivəsində gerçəkləşən “Qarabağ” – “Şamaxı” matçından reportaj yazmaq üçün yollanmışdım. Oyunun başlamasına 30 dəqiqə qalmış təyinat başına çatdığımdan, orada məndən başqa cəmi 2 jurnalist həmkarım vardı. Tədricən media nümayəndələri doluşdu (təbii ki, bəzilərinə bu adı demək jurnalist adına ləkədi). Matç maraqlı keçdi, media sektorunda da hamı sakitcə oyunu izləyirdi. Bizim əyləşdiyimiz sektorun sağında “Qarabağ”ın azarkeşləri əyləşən sektor yer alırdı. Həmin sektorda “köhlən atlar”ın fəal qadın azarkeşləri də yerlərini tutmuşdu. Matçın 90-cı dəqiqəsində qadın azarkeşlərdən biri Naibə Məmmədovanın təzyiqi düşdüyündən, özündən getdi. Dərhal yaxınlıqdakı azarkeşlər huşunu itirənə köməklik etməyə çalışdı. Bir qrup jurnalistlərdə köməyə tələsdi. Onlar içərisində ən çox sia.az əməkdaşı Banuçiçək ilkin yardım edənlərdən idi. Mən özümü yetirəndə azarkeşi artıq uzatmışdılar. Hərə bir cür köməklik edirdi. Bu qarmaqarışıqda, soxasoxda Anar Cəfərsoy durub planşetiylə huşunu itirmiş qızı çəkirdi. Mən əlimlə çəkilişin qarşısını aldım. Əvvəlcə Anar, sonra kənardakı “jurnalistcik”lər buna etiraz etdi. Anarın böyüklüyü o oldu ki, çəkilişi dayandırdı. Amma kənardakı “ağıllılar” qayıt ki, “niyə mane olursan qanunsuz iş görmür, jurnalist hər şeyi çəkib yaymalıdı. Burda gizli bir şey yoxdu” və s. bu kimi ifadələrlə “çoxbilmiş”liklərini göstərməyə çalışdılar. Bu azmış kimi utanmazcasına qayıdıb: “Sən mediada hələ təzəsən çox şeyi bilmirsən” demələri məni özümdən çıxardı. Bu miskinlərə izah edəndə ki. mən dünən yox, 6 ildi mətbuatdayam, özü də ən müxalif qəzet-saytlarda yazılarım dərc olunub və müxbirliyə də müxalif kimi başlamışam, bu gün də öz ampluamdayam. Cavabıma sussalar da, içlərində biri qayıt ki. “lap yaxşı, amma bizim içimizdə təzəsən”. Hələ sırtıqcasına da əlavə etdi ki, “Sənin baş redaktorun Mahir Rüstəmli özü gedib o qızı ən yaxından saatlarla çəkər və bundan xəbər yazardı. Sənin indiki halını o görsəydi, əmin ol danlayardı ki, niyə qızı çəkib ictimailəşdirməmisən”.Təbii ki, bu cür idman “zurnalist”lərinə mədəni cavablarını verdikdən sonra da söhbət davam etdi. Bu dəfə offsideplus.az diletant əməkdaşı Elsevər Muradzadə “liberal” düşüncələriylə izah etdi ki, “Qanunda elə bir şey yoxdu, hər şeyi çəkib ictimailəşdirə bilərsən”. Mən ona və onunla “həmrək” olan savadı “püskürən”lərə izah edə bilmədim ki, qanun özü kiminsə şəxsi həyatına və onun barəsində nəsə paylaşmağa icazə vermir. Avantürist qayıt ki, mənə göstərərsən. Elsevəri o qədər də qınamıram, çünki bir neçə aydı mətbuatdadı, üstgəl hələ vətəndaş kimi hüquq, vəzifələrini bilmir, o ki qala jurnalist kimi öhdəliklərini bilə. Amma ümid var ki, o gəncdi, yaşa dolduqca fikirlərini yontalayacaq, cahilliyini aradan qaldıracaq. Vay “məm 10-15 ildi mətbuatdayam”, “İdman sahəsində mütəxəssisəm” deyən bəzi başı əvəzi boş daşıyanların halına. Bu cür populistlərin bundan sonra da, islah olması çətin, hətta mümkünsüzdü. Əgər o kəslər ki. nə vətəndaş, nə jurnalist, eləcə də digər peşə sahibi kimi hüquq-vəzifələrini-öhdəliklərini bilmədən durub öz eqosundan dolayı, özünü “ağıllı”  göstərmək üçün cəmiyyətə “savad”ını yeridirsə, deməli Qəmlo demiş: “Bunların beynini elə doldurublar ki. güllələməsən əmələ gəlməz”. Yaxud Adolf Hitler demiş: “Səmanı yaşıl, meşələri mavi kimi təsvir edərək bunun normal olduğunu bəyan edən rəssamın özünü sterlizasiyaya məruz qoymaq lazımdı”. İndi isə, özünü 10-15 ilin peşəkar jurnalisti, tfu zurnalisti hesab edənlərin təsirinə düşən bəzi gənc yoldaşlara qanunları xatırlatma edirəm

Azərbaycan Respublikasının qanunlarının əsasını Konstitusiya təşkil edir. Yəni, dövlətin ana yasasından üstün qanun yoxdu. Məhz 1995-ci ildə qəbul olunan və 3 dəfə dəyişikliklər-əlavələr olunan dövlətin əsas qanununda şəxsi həyata müdaxilə, məlumat azadlığı, jurnalist fəaliyyəti ilə bağlı yetəri qədər məlumatlar verilir. “KİV haqqında”, “Məlumat azadlığı”, “İnformasiya əldə etmə və mətbuat haqqında” qanunlar da məhz ana yasadan irəli gələn müdəalar əsasında qəbul edilib. İndi isə özlərini iyrənc əməlinini qanuni hesab edən bəzi tör-töküntü zurnalistlərin yalanlarını qanunlarla falş edəcəm. 

Azərbaycan Respublikasının Konstitusiyasın qeyd olunur. 


Maddə 24. (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi) 3-cü bəndində deyilir: 


“Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.


Maddə 26. (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) 2-ci bəndində deyilir: 


“Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır”


Maddə 32. (Şəxsi toxunulmazlıq hüququ):

 

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir

Maddə 46. (Şərəf və ləyaqətin müdafiəsi hüququ) 2-ci bəndidnə vurğulanır:

 “Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.


Maddə 50. Məlumat azadlığı: 

I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Maddə 72. (Vətəndaşların vəzifələrinin əsası) 2 və 3 cü bəndlərində vurğulanır:

“Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.


Dövlətin əsas qanunda vurğulnadığı kimi heç bir jurnalistin, o cümlədən zurnalistlərin kimisə öz razılığı olmadan durub çəkmək, özü də xəstə halda, özündən gedən biri qızı  (xoş olmayan vəziyyətlərdə), yaymağa qanun icazə vermir”. 

Mətbuat və jurnalistika ilə bağlı qanunlar da, kiminsə öz razılığı olmadan onu fotoşəklini, videosunu çəkməyi, paylaşmağı, yaymağı qadağan edir.  KİV haqqında qanunun 4-cü və 5-ci maddələrində deyilir:

“Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir.

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası əsasında qəbul olunmuş bu Qanundan, Azərbaycan Respublikasının həmin Qanuna uyğun qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir”.


Həmin qanunun 36-cı maddənin (Jurnalistin vəzifələri) 6,8,10,11-ci bəndlərində deyilir:


6) vətəndaşların və təşkilatların şərəf və ləyaqətinə, hüquqlarına və qanuni mənafelərinə hörmət etmək; 


8)vətəndaşlardan, vəzifəli şəxslərdən, müəssisələrdən, təşkilatlardan və idarələrdən məlumat alarkən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etmək barədə onların razılığını almaq;


10) jurnalist hüquqlarından şəxsi mənafe üçün istifadə etməmək;


11) məlumat və materiallar toplayarkən, verərkən peşə etikasına ciddi əməl etmək


42 və 44-cü maddələrdə də qanunsuz çəkilişin yolverilməz olduğuğu vurğulanır


Maddə 42 (İnformasiyanın qanunsuz hazırlanmasına və yayılmasına görə məsuliyyət):


“Bu Qanuna uyğun surətdə qeydə alınmamış, yaxud fəaliyyətinə xitam verilmiş kütləvi informasiya vasitəsinin məhsullarının hazırlanması və yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyəti və ya inzibati: məsuliyyət müəyyənləşdirilir”.


Maddə 44 (Kütləvi informasiya vasitəsinin vurduğu mənəvi zərərin ödənilməsi):

“Böhtan, həqiqətə uyğun gəlməyən, şərəf və ləyaqətə toxunan xəbər və materialların kütləvi informasiya vasitəsi tərəfindən yayılması nəticəsində fiziki və ya hüquqi şəxsə dəymiş mənəvi zərərin əvəzi bilavasitə kütləvi informasiya vasitəsi, habelə təqsirkar hesab edilən vəzifəli şəxslər və vətəndaşlar tərəfindən qanunla müəyyən edilmiş qaydada cərimə ilə ödənilir”.

Məlumat azadlığı haqqında qanunun 14-cü (Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ)  maddəsində qeyd olunur:

“Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.

Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.

Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.


MƏSƏLƏNİN MƏNƏVİ TƏRƏFİ


Baş vermiş hadisədə savadı badımcan kürüsütək qıcqıran zurnalistlər mənə yalnız xala xətrin qalmasın deyə, çəkilişin mənəvi baxımından doğru olmadığını vurğuladılar, ardınca da “Mənəvi tərəflə doğru olmasa da, yenə qanunlar və jurnalist peşəkarlığı üstündü" deyə uladılar. Məni istər şəxsi həyatda, istər ordudakı karyeramda, istərsə də jurnalist kimi fəaliyyətimdə yaxından tanıyanlar gözəl bilirlər ki, “dostluq başqa, iş başqa prinsipinə” müqəddəscəsinə etmişəm, edirəm də. Ona görə ən əziz insanlarım da daxil heç kim işimlə bağlı mənə nəsə xahiş və ya göstəriş verə bilməz. Həmçinin rəislərim, baş redaktorlarım da mənə qanunsuz nəsə tələb edə bilməz. Hətta “Yeni Sözçü” qəzetində müxbir kimi çalışanda, baş redaktorumu məddahlıq, oğraş əməlinə görə əvvəlcə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində, ardınca da kabinetində üzünə qarşı Qazax “aqro folklorları” ilə layiq olduğu sözlərini bədahətən deyib tüpürüb çıxmışam. 

O kəslər ki, bir qadının, ələxsus huşsuz vəziyyətdə gənc bir qızın yüzlərlə insanların gözü qarşısında durub çəkməsini, yüngül ifadə ilə desək, ulitaristcəsinə şəxsi nüfuzu üçün şou yaratmaq, kobud dillə isə gədəlikdi. Əlbəttə özündən gedən istənilən bir şəxsi anidən çəkmək və bunu xəbər kimi vermək olar. Amma konkret şəxsi uzanmış, üstü-başı pis vəziyyətdə olan formada stabil çəkilməsi artıq xəbər, sensasiya, olay yox, iyrənclikdi. 

O vəziyyətdə kiminsə türklər demiş zafından istifadə edərək çəkiliş etmək və bunu şouya çevirmək nəinki peşəkar jurnalist fəaliyyəti, heç həvəskar bloggerliklə də aidiyatı yoxdu. Ən əsası stadiondakı vəziyyət “mən peşəkar jurnalistdəm, istədiyimi çəkərəm” deyə ulayan zurnalistin anasının, bacısının, arvadının, nişanlısının, qızının başına gəlsəydi və hansısa özünə “mən 15 ilin peşərak jurnalistiyəm” deyən gəlib onun əzizini həmin vəziyyətdə çəkib paylaşsaydı, ona tolerant münasibət göstərəcəkdimi?! Təbii ki, yox! Hətta durub əlinə təsbeh, biçaq, beşbarmaq götürüb o çəkilişi edənə “tavan məclisi” quracaqdı. Əgər bir insan özünə və yaxınlarına rəva bilmədiyi xoş olmayan nələrisə başqalarına gələndə artıqlamasıyla normal baxıb, hətta bundan şəxsi mənfəəti üçün canfəşanlıq göstərirsə, belə ikiayaqlıların əməllərinə yüngül formada ifrat riyakarlıq, ağır formada isə Abbasqulu Şadlinskinin filmdəki ifadəsiylə desək, bu biqeyrətlikdi, binamusluqdu.


XÜSUSİ MƏQAM 

Dünyada və Azərbaycanda sarı mətbuat deyilən bir nüans var. Adətən məşhur simaların barələrinddə ictimaiyyətdə öz istəyi və ya istəyi olmadan məlumatlar yayılanda bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirilməyə də bilir. Prokurorluq və məhkəmə orqanları bunu belə izah edir ki, “siz həddindən çox məşhur sima olduğunuzdan, minlərlə fanatlarınız var.  Onlar da vətəndaş hüquqları,  fikir azadlığı və sizə pərəstişlərindən, göstərmək irəli gələrək sizin şəklinizi, videonuzu çəkmək paylaşmaq, yaymaq hüquqları var. Bu onların haqqı, sizin isə  reklamınız və populyarlaşmanız deməkdi. 

Lakin hansısa məşhur sima dirəşsə ki, bu cür paylaşımlardan mənim mənafeyimə xələl gəlib, narahatlıq keçirmişəm, dərhal yerli-yersiz paylaşım edən şəxs, qrup, dəstə, birlik, təşkilat məsuliyyətə cəlb olunur. Yəni, heç də kiminsə ağzına gələni yazmaq,  hər nə istədiyi çəkmək, paylaşmaq, təbliğ etmək ixtiyarı sarı mətbuatda da məhdudlaşdırıla və məsuliyyətə gətirib çıxara bilir. 

27 avqust 2022-ci il tarixdə  "Azərsun Arena" stadionunda baş vermiş xoş olmayan hadisədə də hansı bir məşhur yox, sadə bir azarkeş qız özündən getmişdi. Onu da durub xüsusi maraqla və canfəşanlıqla çəkmək yaxşı hal deyildi. Bu nə hüquqi, nə mənəvi, nə də insanlıq aspektindən doğru idi. Hadisəni xüsusi “canfəşanlıq”la çəkən bir qələt etdisə, ona haqq qazandıranlar ikiyaqlılar milyon qat qələt etdilər. Bununla juranist adı altında gizlənən zurnalistləri bir daha görmüş oldum. 

2014-cü ilin dekabrından müxtəlif qəzetlərdə (o cümlədən “Azadlıq”, “Ədalət”, “GündəmXəbər”, “Cümhuriyət”) dərc olunuram, 5 ildən də çoxdu müxbirəm. İctimai-siyasi qəzet, saytlarda (istər müxalifət, istər iqtidar) çox iyrəncliklər, oğraşlıqlar, şərəfsizliklər, qeyri-peşəkarlıq, cahillik görmüşəm, görə-görə də gedirəm. İdman jurnalistliyinə keçid etməyimə (baxmayaraq siyasi müxbirliyimi davam etdirirəm) 2 əsas səbəb vardı:


1. Ölkə futbolunu 18 ildi hobbi olaraq izləməyim

2. Biraz da olsa iyrəncliklərdən uzaqlaşmaq.


Amma son 4 ayda idman mətbuatımda gördüyüm cahillik, qanmazlıq, qeyri-peşəkarlıq, əyyaşlıq, qumarbazlıq, insanların və idmançıların şəxsi həyatlarına əsassız müdaxilə və s. bu kimi iyrəncliklər 8 ildə ictimai-siyasi mətbuatda gördüklərimi iyrənclikləri ofsaytda qoydu.

Bir daha əmin oluram ki, Azərbaycanda klerikal, fidelist rejimlər və ya mütləq diktatura olmadan biz yaşaya, yarada, dincələ, farağat dura bilmirik. 

Con Kennedi "Karib böhranı" zamanı söylədiyi kimi: 

“Mütləq bir qancığ oğlu tapılacaq ki, burnunu yersiz yerə soxsun və bununla bütün xalqın, dövlətin mənafeyinə xələl gətirsin”. 

Bu cür halların baş verməməsi üçün əsrlərdən bəri gələn sabit idarəçilik var:

 

MÜSƏLMANIN BAŞINDA QILINC OLMALIDI!!!


ABDULLA İSMAYILOĞLU


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qarabağ” azarkeşləri Avropada üçüncüdü

    “Qarabağ” azarkeşləri Avropada üçüncüdü ...

    21-12-2014, 22:55

  • 
  • "Qarabağ"ın rəqibinin azarkeşləri üzərində Hitlerin şəkli olan köynəklərdə - FOTO

    "Qarabağ"ın rəqibinin azarkeşləri ...

    1-10-2018, 16:41

  • 
  • “Qarabağ” APOEL-lə oyunda üstünlüyü əldən verib -YENİLƏNİB

    “Qarabağ” APOEL-lə oyunda üstünlüyü əldən verib ...

    7-11-2019, 23:42

  • 
  • Tblisidə "Samtredia" fanatları "Qarabağ" azarkeşlərinə hücum ediblər

    Tblisidə "Samtredia" fanatları ...

    19-07-2017, 00:40

  • 
  • "Qarabağ" azarkeşlərinə müraciət etdi

    "Qarabağ" azarkeşlərinə müraciət etdi ...

    4-10-2018, 12:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu