Gundemxeber.az » İdman » 319 Azərbaycan vətəndaşının sığınacaq istəyi rədd edilib
Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası məlum olub.
Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib.
Qeyd olunub ki, sığınacaq müraciətlərindən 319-na rədd cavabı verilib və yalnız 53 nəfərin Almaniyada qalması məqbul sayılıb.
Bundan əlavə, BAMF Azərbaycan vətəndaşları tərəfindən daxil olan 420 ərizəyə baxılmasını dayandırıb.
Federal İdarədən həmçinin vurğulanıb ki, sığınacaq ərizəsi qəbul olunmayan şəxslərə ölkəni könüllü tərk edmələri ilə bağlı xəbərdarlıq olunub./report
2-11-2020, 14:56
1-08-2019, 14:52
13-12-2013, 10:25
28-11-2019, 12:09
24-11-2017, 12:52
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?