Gundemxeber.az » İdman » “Barselona” brilyant satmağa başlayacaq
“Barselona” otlardan hazırlanmış brilyantlar satmağa hazırlaşır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Kataloniyalılar yeni arenanın açılması şərəfinə “Etern Spotify Camp Nou 1957” adlı bəzək kolleksiyası yaratmaq məqsədilə stadionun ot örtüyündən istifadə edir.
Klub brilyant istehsalı üzrə ixtisaslaşmış “Brilianto” şirkəti ilə müqavilə bağlayıb. Tərəflər qızıldan hazırlanmış, qiymətli daşlarla bəzədilmiş döş nişanları, bilərziklər, qol düymələri, üzüklər, boyunbağılar və digər aksesuarların yaradılması barədə razılığa gəliblər.
Ümumilikdə 1957 ədəd zərgərlik məmulatlarının, o cümlədən 57 karatlıq brilyantdan ibarət xüsusi seriyanın yaradılması planlaşdırılır. Bu konsepsiya ilə klubun ildə təxminən 30 milyon avro qazana biləcəyi gözlənilir, lakin bu məbləğin tərəfdaşlar arasında bölüşdürülməsinin nisbətləri açıqlanmır. “Barselona” və “Brilianto” belə zinət əşyalarına Çin və Yaxın Şərqdən olan alıcılar tərəfindən xüsusi tələbat olacağını gözləyir.
Qeyd edək ki, “Brilianto” brilyant əmələ gəlməsi prosesini sürətləndirmək üçün patentləşdirilmiş texnologiya və xüsusi avadanlıqdan istifadə etməklə qiymətli daş istehsal edəcək.
“Kamp Nou”dan otu alan şirkət onun karbonlaşdırılmasını həyata keçirəcək. Bu prosedur nəticəsində karbon çıxarılacaq və bundan sonra xüsusi yaradılmış şəraitdə brilyant istehsal olunacaq.
Gundemxeber.az
10-07-2015, 12:25
18-01-2017, 12:12
27-08-2015, 13:34
24-12-2016, 11:29
18-09-2018, 10:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?