Rusiyada təlim-məşq toplanışında olan "Neftçi” yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.
Bakı klubu Moskvada yerli "Spartak” komandası ilə üz-üzə gəlib.
"Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.
Bununla da "Neftçi”nin yay təlim-məşq toplanışı başa çatıb. İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.
Qeyd edək ki, buna qədər Sankt-Peterburqda "Match TV” turnirində iştirak edən "Neftçi” Rusiyanın "Zenit” (1:3), Serbiyanın "Srvena Zvezda” (0:4) və Türkiyənin "Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb./report.az/
Sorğu
Yeni dizaynımız necədir?