İspaniyanın “Barselona” klubu Joau Kanselu üçün İngiltərə “Mançester Siti”sinə təklif göndərməyə hazırlaşır.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, kataloniyalılar portuqaliyalı müdafiəçini birdəfəlik transfer hüququ ilə icarəyə götürmək istəyirlər.
27 yaşlı futbolçunun cəlb olunması yanvardan bəri komandanın baş məşqçisi Xavi Ernandes üçün prioritetdir. Klub futbolçu ilə şəxsi razılıq əldə edib.
Qeyd edək ki, 2019-cu ildə İtaliya “Yuventus”undan “Mançester Siti”yə transfer olunan Kanselu ötən mövsümü icarə əsasında Almaniyanın “Bavariya” klubunda keçirib. 27 yaşlı cinah oyunçusu keçən mövsüm 47 oyunda üç qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?