Türkiyənin “Beşiktaş” klubu İngiltərə “Liverpul”u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleyni azad agent kimi heyətinə qatıb.
Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ilə iki illik müqavilə imzalanacaq. Onun yeni komandasındakı məvacibi illik iki milyon avro olacaq.
Çemberleyn ötən mövsüm “Liverpul”un heyətində 13 oyunda bir qol vurub. İngiltərəli futbolçu daha əvvəl ölkəsində “Sauthempton” və “Arsenal”ın da formalarını geyinib.
Qeyd edək ki, “Beşiktaş” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibidir. Komandalar arasında Bakıda keçirilən ilk oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 17-də İstanbulda baş tutacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?