“Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya “Olimpiya”sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Lyublyana klubunda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.
Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən “köhlən atlar” Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.
21:06
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyununda ikinci hissəyə start verilib. İlk 45 dəqiqədən sonra hesab 1:1-dir.
20:49
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Olimpiya” (Sloveniya) cavab oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb.
20:40
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyununda hesab bərabərləşib. 36-cı dəqiqədə rəqibin heyətində Pinto fərqlənib - 1:1.
20:25
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyununda hesab açılıb. 24-cü dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib – 1:0.
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyunu start götürüb.
19:12
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Sloveniya “Olimpiya”sının start heyəti bəlli olub.
Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.
Baş məşqçi: Joao Enrike.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan təmsilçisi ilk görüşdə iki cavabsız qolla qalib gəlib.
Gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?