GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Uqandanın “qara tarixi” və ya “Neftçi”dəki “islahatlar”

Uqandanın “qara tarixi” və ya “Neftçi”dəki “islahatlar”

Tarix: 29-12-2023, 16:53 Bölmə :İdman Baxış: 1 077


2023-cü ilin tarixə qovuşmasına bir şey qalmayıb. Dedim ili yola salarkən ürəyimdə qalan sözləri də toparlayıb kağıza həkk edim. Qoy, dəyərli oxucularımız, “Neftçi”sevərlər uzunçuluğa və tarixə müraciət etdiyimə görə məni qınamasınlar. Amma hazırda “flaqman”ın camiyasında gedən “islahat”ları görəndə tolerant qalmağı bacarmıram. “Neftçi” nəin ki, böyük Sovetlər İttifaqında özünəməxsus iz qoyub, hətta bəzi ölkələrdən də çox yaşı olmaqla bərabər keçdiyi şərəfli yolu olub. Amma son illərdə, “ağ-qaralar”da gedən “dəyişiklər”dən dolayı dedim dünya tarixə nəzər salım. Bəlkə bununla başqa coğrafiyalarda baş verən hadisələri təkrar mütaliə edərək klubdakı faciənin, rəzalətin o qədər də, böyük miqyasda olmamasını görüb şükür edim. Amma və lakin...

Tarixə baş vurduqca görürəm ki, XXI yüzillikdəki “Neftçi” XX əsrdəki yeni yaranan dövlətlərin biabırçı dövrlərini nəin ki, təkrarlayır, hətta onları arxada da qoymaqdadı...

Çox uzunçuluq etməyib mətləbə keçirəm. Afrika qitəsi təbii sərvətlərinə görə olduqca zəngin olmasına rəğmən, həmin coğrafiyalardakı dövlətlərin mütləq çoxluğunu geridə qalmış, xalqları isə zəlil gündə yaşayır. Dediklərimə dair çox misallar gətirə bilərəm. Amma onlardan biriylə kifayətlənərək sizi Şərqi Afrikaddakı Uqandaya fokslamaq istəyirəm. Adı çəkilən diyarın başına yadelli ingilislər tərəfindən olmazın oyunları gətirilib. Ölkə uzun illər “intiligent”lərin əsarətində olub. Hətta Uqanda 1962-ci ildə müstəqilliyinə qovuşaraq Respublika elan olunmasına baxmayaraq, o müstəmləkəçilikdən qurtula bilmədi. Dünən ölkəni qaltuklu-şlyapalı lordlar soyub-talayırdısa, indi həmin zadəganların əlaltıları olan yerli rəhbərlər camaatın başına olmazın oyunlarını açırdı. Prezident Respublikası olan Uqandada 1962-86-cı illərdə 9 hərbi çevriliş gerçəkləşdi. Hər iqtidara gələn “lider” xalqa daha betər zülm edərək, qanlar axıdıb ölkəni bir qədər də batırdı. İngilislərin dəstəyi ilə 1962-ci ildə Eduard Mutesa prezident vəzifəsində gətirdildi.


Amma Uqandanın ilk prezidenti olacaq şəxsin hökmdarlığı 4 il sürdü. Dövlətin yeni başçısı Milton Obote oldu (təbii ki, ingilis lordlarının köməyiylə). Amma Langi tayfasının təmsilçisin iqtidarı 5 il çəkdi. Onu Britaniya ordusunda xidmət etmiş İdi Amin devirdi. Sonuncu heç ibtidai təhsil belə almayan, qolu zorlu, ingilislərə nökərçilik edən biriydi. Amma bu şəxs 8 il Uqandaya xozeyinlik etdi, özü də necə etdi. Repressiyalar görünməz dərəcədə artdı. Tarixi mənbələrə görə İdi Amin rejimi 300-500 min insanın həyatına son qoydu. Amma uqandalı pitbul zamanla ağalarının da əlini gəmirdi. Buna görə onu da taxtdan saldılar. İdi Amindən sonrakı 20 ay (11 aprel 1979 – 17 dekabr 1980) ərzində bir-birinin ardınca 3 hərbi çevriliş baş tutdu. Kirond Lule, Qodfri Biyansa, Paulo Muvanqa Uqanda iqtidarını bir-birinə uduzdu. Dayanıqlı hakimiyyətin olmadığını görən mühacirətdəki Milton Obote işdaha gələrək populist vədlərlə yenidən ətrafına bir qrup uqandalını toplayıb hakimiyyəti ələ aldı. Amma onun prezidentliyi bu dəfə də uzun sürmədi, yenə 5 ildən sonra devrildi. Bu dəfə onu İdi Amindən fərqli olaraq daha savadlı və peşəkar hərbiçi, general Barilio Orala-Okello ölkədən qovdu. Amma ali rütbəlinin prezident postundakı ömrü 2 günü keçmədi. O, yenidən hərbi xidmətə qayıtmaqla yüksək dövlət postunu digər həmsoyadaşı və paqon yoldaşı Tito Okelloya güzəştə getdi. Amma sonuncu da 6 aydan sonra üsyançı general Yoveri Kaquta Museveni tərəfindən devrildi. Sonuncu artıq 38 ildi Uqandanın prezidentidi və tabuta qoyulmadan bu postu tərk edənə oxşamır. Əsas odur ki, məhz Museveninin sayəsində ölkəsində az da olsa, siyasi stabilliyə nail olunub. Uqanda tarixini oxuyan kəslər deyər ki, “Qara qitə”nin bu yazıq ölkəsinin nə qara taleyi olub. Amma azərbaycanlılar Şərqi Afrikada mövcud olan dövlətin keçmişini vərəqləsə o qədər də, kədərlənməz. Sağolsun “Neftçi”in baş bilənləri son 23 ildə 21 baş məşqçi yola salmaqla, Uqandanın 24 illik “qara tarixi”ni ofsaytda qoyub. Silahsız-qansız olsa belə “rekord” göstəricidi...   

Sizi bilmirəm, amma mənə çox maraqlıdı,  görəsən “Neftçi”in baş bilənləri hərdən tarixə nəzər salaraq dərs alırmı? Düşünürəm ki, qətiyyən yox. Əks təqdirdə 2014-cü ildən bu yana aparılan “islahat”lar, baş məşqçi dəyişikləri nəticəsində 86 yaşlı komanda yerdən-yerə vurulub rüsvay edilməzdi. Sual edən yoxdu ki, Tərlan Əhmədov kimi nəticə verən və 2 dəfə klubun sükanı arxasında olan mütəxəssis niyə qovulmalıydı? Komanda sirkələyərək relsə salan Füzuli Məmmədova niyə qapını göstərdilər? Uzun həsrətdən sonra klubu ardıcıl olaraq çempion və vitse-çempion edən Samir Abasov nə üçün gözüm çıxdıya salınaraq “persona non qrata” elan edildi?  “Ağ-qaralar”ın “lordlar”ının yerli mütəxəssislərimizə qarşı ikrahı, ürəkbulanması, alergiyasının və əcnəbilərin qarşısında qırmızı xalça salıb 2 qatdanmalarının səbəbi nədir? Qazaxlılar demişkən “ciç eləyib” Adrian Mutunu 4 aylıq komandaya gətirməklə nə demək istəyirdilər? Gözlənilən effekt vermədikdən sonra ulduz futbolçunu səssiz-səmirsiz yola salıb monteneqrolu mütəxəssis gətirilir. Həqiqətən də analoqu olmayan ölkədə, analoqsuz islahat aparan klubumuz var. Əminəm ki, 3-cü dünya ölkələrinin nəin ki, futbol çempiontalarında, hətta siyasi hakimiyyətində sükütlu hökümət devrilməsiylə bağlı da  Bakı təmsilçisin  “baş bilən”ləri seminarlar, treyninqlər keçirə bilər. Bu gün “Neftçi”də hər bir şöbə kefinə görə "islahat"lar aparmaqdadı. Klubun idarə heyəti qarşıya bəlli olmayan məqsədlər qoyur, səriştəsiz əcnəbi “mütəxəssis” gətirir, yerli məşqçilərimizi görməzlikdən gəlir. Seleksionerlər ruslar demiş darmoyed  legionerləri  tapır gətirir. Media və İctimaiyətlə əlaqələr departamentinin rəhbəri Emin Əfəndi özünü orta əsrlərdəki knyaz hesab edərək jurnalistlərə qarşı feodal qanunlar tətbiq edir. Hələ bu azmış kimi media nümayəndələrinə qarşı hörmətsizliyə görə tənqidi yazı yazırsan, "ağ-qaralar"ın sözçüsü “Qanuna naminə” filmindəki Kamilov kimi coşaraq billurtək paklıqdan, etikadan-estetikadan dəm vurub, “sizin qəzetlə əməkdaşlıq etməyəcəm” deyə mədəni şəkildə hədə-qorxu gəlib, mənə və Futbol+ camiyasına qarşı da xozeyinlik etmək istəyir. Ay vikipediyasında prodüsser və teleaparıcı kimi önə çıxan cənab mətbuat katibi, nə mən, nə də Futbol+ camiyası heç kimi səbəbsiz, əsassız, faktsız tənqid atəşinə tutmur. Deməyimiz odur ki, ölkənin köklü klubunu xalqın və ictimaiyyətin gözündən salmaqla, “Neftçi”nin rüsvayçılıq tarixini yazmayın. Bunu anlamırsınızsa, deməli Gülümsərovdan da qəliz adamsız.


İndi də “ağ-qaralar”ın sükanı Miodraq Bojoviçə verilib. Montereqlolu baş məşqçinin savadına, bacarığına sözüm yoxdu. Hər halda özünə məxsus çətinliyi olan Rusiya premyer-liqasında uğurlar qazanmaq hər qeyri-rus mütəxəssisin başı üçün deyil. Eldar Mansurovun bəstələdiyi, Mübariz Tağyevin ifa etdiyi “Ay aman” mahnısını dinləyib nə qədər optimist olmaq istəsək də, heç də orda səsləndirilən “Göyə bir bax, yerə bir bax. Bir gün sevinc bizim olar” sözlərini deməyə adamın dili gəlmir. Yəni, “Neftçi” camiyasındakı hazırkı “idarəçilik”, “islahat”lar davam edəcəksə, yazıq Bojoviç “boje moy” deyib dabanına tüpürüb getməsi və ya yola salınması qaçılmazdı.


Danışılası, yazılası o qədər məsələ var ki...


Üzümü yenidən Emin Əfəndiyə tutub demək istəyirəm ki, vaxt olduqca “Akvarium” qrupunun “Poyezd v oqne” (Od içindəki qatar) mahnısına tez-tez qulaq asmaqla müsbət dəyişikliyin labüdlüyünü anlasın. Həmçinin il ərzində siyahısına əlavə etdiyi 5-6 film sırasına Kevin Makdonaldın lentə aldığı “Şotlandiyanın sonuncu kralı” kinosunu da daxil etsə, faydalı olar. Həmin ekran əsərinə baxmaqla dərs çıxarsaz pis olmaz. Çalışın “Neftçi”nin sözçüsü olduğunuz müddətdə adı çəkilən filmdəki Nikolas Harriqanın taleyini yaşamayasız...


P.S Emin Əfəndi, haqlı tənqiddən nəticə çıxarırlar. Durub müəllifə və onun baş redaktoruna zəng edərək türkələr demiş "kibarca" hədə-qorxu gəlmirlər. Axı, siz cənaba demişdim ki, mən yalnız idman jurnalisti deyiləm və yazılarım da ancaq "Futbol+" da getmir. Tənqidlə silahlanıramsa, hər zaman alternativlərim var. Xülasə, siz ampluanızda qalın, mən də sizi mövcud ampluanıza görə tez-tez "yad" edəcəm. 

Davranışlarınıza müvafiq olaraq  ardı gələcək ...


ABDULLA İSMAYILOĞLU  

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünya ulduzu “Neftçi”də nə qədər qazanacaq?

    Dünya ulduzu “Neftçi”də nə qədər qazanacaq? ...

    17-03-2021, 20:14

  • 
  • "Neftçi" Azərbaycanın reytinqini yüksəltdi

    "Neftçi" Azərbaycanın reytinqini ...

    7-12-2012, 12:42

  • 
  • ​“Neftçi” uduzdu: Növbəti rəqib rus klubudur

    ​“Neftçi” uduzdu: Növbəti rəqib rus klubudur ...

    14-01-2018, 22:49

  • 
  • "Neftçi"nin baş məşqçisi dəyişdi

    "Neftçi"nin baş məşqçisi dəyişdi ...

    24-12-2015, 15:25

  • 
  • "Neftçi"nin yeni vitse-prezidenti optimistdir

    "Neftçi"nin yeni vitse-prezidenti ...

    6-09-2014, 13:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu