Gundemxeber.az » İdman » Futbol ulduzunun ailəsi matç izləyərkən oğrular malikanədən bir milyon funt sterlinq apardılar
“Mançester Siti”nin futbolçusu Cek Qrilişin malikanəsi qarət olunub.
Soyğunçular ingilis futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində bahalı saatlar və zinət əşyaları aparıblar.
Hadisə Premyer Liqanın 19-cu turunun “Everton” - “Mançester Siti” matçı (3:1) zamanı baş verib. Həmin vaxt 28 yaşlı vingerin ailə üzvləri evin birinci mərtəbəsində olub və oyunu izləyiblər.
“Mançester Siti” Cek Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə “şəhərlilər”in heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
GUNDEMXEBER.AZ
11-06-2016, 15:15
7-05-2014, 10:11
20-12-2015, 12:59
12-02-2017, 13:19
29-11-2014, 23:33
Sorğu
Yeni dizaynımız necədir?