Gundemxeber.az » İdman » “Çelsi”nin satışından əldə olunan milyardlar Ukraynaya göndərilə bilər
Britaniya Lordlar Palatasının Avropa İşləri Komitəsi rusiyalı milyarder Roman Abramoviçin dondurulmuş gəlirləri ilə bağlı hökumətə çağırış edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, komitə “Çelsi” futbol klubunun satışından əldə edilən və ukraynalılara yardıma xərclənməsi nəzərdə tutulan 2,5 milyard funt sterlinq vəsaiti təcili olaraq blokdan çıxarılmasına çağırıb.
Lordlar Palatasının Avropa İşləri Komitəsi vurğulayıb ki, “Çelsi”nin satışından əldə edilən və dondurulmuş vəsaitin hələ də Ukraynanı dəstəkləmək üçün istifadə edilməməsi anlaşılan deyil.
“Biz hökuməti təcili olaraq bu çıxılmaz vəziyyətdən həll yolunu tapmaq üçün bütün hüquqi rıçaqlardan istifadə etməyə və Ukraynanın çox ehtiyac duyduğu və çoxdan ona çatması nəzərdə tutulan pulları Kiyevin ixtiyarına verməyə çağırırıq”, - deyə komitənin Britaniya hökumətinə ünvanlandığı müraciətdə qeyd olunub.
Lordlar Palatasının Avropa İşləri Komitəsi əlavə edib ki, bütün vəsaitlər Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərin bərpasına xərclənməlidir.
Gundemxeber.az
13-05-2014, 11:44
27-02-2014, 01:48
16-08-2014, 13:02
7-07-2016, 19:26
6-12-2019, 16:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?