“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.
Matçda ədaləti Benua Bastiyen qoruyacaq.
Ona Hiçam Zakrani və Aureliyen Bartomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Pinyard yerinə yetirəcək. VAR hakimi Benua Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək
Gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?