Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün son seçmə mərhələsi çərçivəsində Norveçin "Bodo-Qlimt" komandası Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşıb.
Qarşılaşma Bodo şəhərindəki "Aspmira" stadionunda baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. Hesabı 52-ci dəqiqədə norveçlilər açıblar. 62-ci dəqiqədə cərimə meydançasının küncündən dəqiq zərbə ilə qapını nişan alan meydan sahibləri üstünlüyünü artırıblar. 75-ci dəqiqədə "Srvena Zvezda" klubu hesabdakı fərqi azaltmağa nail olub - 2:1. Qeyd edək ki, qarşıdurmanın cavab oyunu avqustun 28-də Belqradda baş tutacaq.
Sorğu
Yeni dizaynımız necədir?