Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Leonel Messi PSJ-dəki karyerası barədə gözlənilməz çıxış edib.
GUNDEMXEBER.AZ xəbər verir ki, belçikalı futbolçu Brext Deyager "Sport Bible"a verdiyi müsahibədə 2023-cü ildə "Şarlotta” klubunun heyətində Lionel Messiyə qarşı necə oynadığını xatırladıb və ona Fransa klubu ilə bağlı sual verib.
"PSJ zibildir. Əvvəlcə orada məni yaxşı qarşıladılar, amma Çempionlar Liqasındakı uğursuzluqlardan sonra hər matçda məni fitə basdılar. Bu mənim əhvalıma təsir etdi", deyə Leo cavab verib.
Messi PSJ-yə azad agent kimi "Barselona"dan keçib. 2021-ci ildən 2023-cü ilə kimi o, Fransa klubunun şərəfini qoruyub. Bu müddət ərzində argentinalı ulduz 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?