İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Reynier ölkəsi Braziliyaya qayıdacaq.
Gundemxeber.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı braziliyalı transfer məbləğinin 50 faizinin "Real Madrid"ə ödənilməsi şərti ilə "Atletiko Mineyro"ya transfer olunacaq.
Qeyd edək ki, Reynier 2020-ci ildə "Flamenqo"dan 30 milyon avroya İspaniya klubuna keçib. Yarımmüdafiəçi "Real"da olduğu müddətdə 4 dəfə icarəyə göndərilib. O, Madrid komandasında cəmi 3 matçda iştirak edib, iki qola və bir məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 1.5 milyon avro qiymətləndirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?