UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyunu davam edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi ikinci dəfə fərqlənib. Bununla da hesab 2:1 olub və "Qarabağ" önə keçib.
İlk yarı "Qarabağ"ın üstünlüyü ilə yekunlaşıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab bərabərləşib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 25-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Leandro Andrade fərqlənib. Onun qolu sayəsində "Qarabağ" hesabı 1:1 edib və matçda tarazlığı bərpa edib.
Qeyd edək ki, qarşılaşma Bakı şəhərində minlərlə azarkeşin iştirakı ilə davam edir.
***
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün keçirilən cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gəlir.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?