Rusiya hökuməti bu ildən etibarən dükanlarda gecə saat 11-dən səhər saat 8-dək içki satışlarını qadağan etməklə insanları spirtli içkilərdən Region Dünyada alkoqolizmin ən çox yayıldığı ölkələrdən biri sayılan Rusiyada spirtli içkilərdən ölənlərin sayındakı artım ciddi narahatlıq doğurur. Hökumət bu ildən etibarən internet vasitəsi ilə spirtli içkilərin satışını və eləcə də dükanlarda gecə saat 11-dən, səhər saat 8-dək içki satışlarını qadağan etməklə insanları spirtli içkilərdən çəkindirməyi düşünür.
Moskva sakini, Olqa Monakova: “Məncə heç bir qadağa Rus xalqının ənənəvi içkisi olan vodkanın içilməsinə mane ola bilməz. Çünki Vodka bizim milli içkimizdir. Ruslar həmişə onu həvəslə içiblər və bundan sonra da içəcəklər”.
Rus professor David Zaridze isə son 10 ildən bəri ölkənin müxtəlif bölgələrində keçirdiyi araşdırmalar nəticəsində arağın rus kişilərinin ölümündə ən başlıca səbəb olduğunu aşkar edib. Onun sözlərinə görə, Rusiyada gənc kişilərin 25 %-i, 55 yaşına çatmadan alkoqollu içki üzündən həyatını itirir.
Rusiyalı professor, David Zaridze: “200 min insanı yaxından incələməyə aldıq. Biz bu nəticəyə gəldik ki, 15 ilə 55 yaş arası rus kişilərinin yarısı sırf həddindən artıq içki içdikləri üçün ölürlər. İçki içənləri 3 qrupa ayırdıq. Həftədə bir butulka, 1-dən 3-ə qədər və 3-butulkadan çox içənlər. Son qrupa girənlər arasından ölümlər həddindən artıq çoxdur”.
Adam başına ildə 18 litr spirtli içki içilən Rusiyada hər il 23 min insan alkoqollu içkilərin yaratdığı zəhərlənmə nəticəsində, 500 min insan isə xəstəliklərdən həyatını itirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?