Onkoloqun içində milyon rublluq xərçəng dərmanı olan çantası oğurlandı Moskvanın mərkəzində İsveçrə klinikası olan BBMA - nın onkoloq həkimi, tibb elmləri doktorunun çantası oğurlanıb. Çantada 72 min yevro və 1 milyon rubl dəyərində xərçəng əleyhinə dərman preparatları olub. Oğrular Viktor Dudkonun çantasını o Nikolski küçəsində yerləşən "Kempinski" hotelinin restoranında nahar edən zaman oğurlayıblar.
Müşahidə kameralarının görüntuləri qeyd etdiyi videonun köməkliyi ilə cinayətkarların şəxsiyyətlərini müəyyən etmək mümkün olub.
İlkin versiyaya görə biri qadın olmaqla oğrular xüsusi bandanın mütəxəssis üzvləri olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?